top of page

Saç əkimində doğru bilinən 7 yanlış

Əziz oxuyucu, saç tökülməsi xüsusilə kişilərdə rast gəlinən problem olaraq bilinsə də, lakin eyni zamanda qadınlarda da tez-tez rast gəlinən əhəmiyyətli problemlərdən biridir. Saç tökülməsi ümumi problem olduğundan bu problemin yeganə qalıcı həlli olan saç əkimi günümüzdə çox rast gəlinən bir prosedurdur. Lakin, cəmiyyətdə saç əkimi ilə bağlı ciddi şəkildə yanlış informasiya yayılır. Pasiyentlərin saç əkimi proseduru ilə bağlı doğru məlumatlardan xəbərdar olması üçün məhz bu yazımızda saç əkimində doğru bilinən 7 yanlış məlumatı sizlər üçün araşdırdıq.

1. Yay aylarında saç əkimi əməliyyatı uyğunsuzdur

Saç əkimi ilə bağlı ən çox yayılan yanlış məlumatlardan biri də, yay aylarında saç əkilməsinin mümkün olmamasıdır. Saç əkimi proseduru ilin 4 mövsümündə də aparıla bilər. Lakin, əməliyyatdan sonra uğurlu nəticə əldə olunması üçün həkiminiz tərəfindən sizin üçün müəyyən olunmuş bilinməli və riayət olunmalı məqamlara xüsusi diqqət yetirməlisiniz. Bu barədə daha ətraflı məlumat əldə etmək üçün, bloq səhifəmizdə yerləşən “Saç əkimi əməliyyatı. Öncəsi və sonrası” adlı məqaləmizə nəzər yetirə bilərsiniz.

2. Saç əkimi yalnız saqqaldan və ya sinədən alınan donor saç kökləri ilə aparıla bilər

Saç əkimi donor bölgə olaraq adlandırılan nahiyədən saçların tək-tək götürülərək tökülmə olan nahiyələrə köçürülməsi prosesidir. Donor bölgə olaraq adlandırılan bu sahə əsasən qulağın arxasından başlayaraq, boyun nahiyəsinə doğru uzanan sahədir. Məhz bu bölgə təhlükəsiz zona adlanır. Hər bir fərdin bu sahədə həmişə saçları var. Səbəb isə təhlükəsiz bölgədəki saçlar tökülməyə davamlı saçlardır.

Bəzən isə donor nahiyədəki köklər kifayət etməyə bilər. Bu halda kökləri sinədən və ya saqqaldan götürmək mümkündür. Əsas məqam budur ki, yalnız saqqaldan və ya sinədən kök alınaraq saç əkimi etmək doğru deyildir. Bu sahələr yalnız dəstək məqsədi ilə istifadə oluna bilər. Bədən tükləri qalıcı olmadığından əsas donor bölgə ənsə nahiyəsi hesab olunur çünki bu bölgədəki saç kökləri qalıcıdır və tökülməyə davamlıdır.

3. “Sapfir üsulu daha yaxşıdır” və ya “DHİ üsulu daha yaxşıdır”

Xüsusilə DHİ və Sapfir texnikaları ilə bağlı böyük manipulyasiyalar vardır. Sadəcə DHİ üsulu ilə saç əkimi həyata keçirən, DHİ-ın ən yaxşı və ən yeni üsul olduğunu bildirən mərkəzlərlə yanaşı, eyni zamanda Sapfirin ən yaxşı olduğunu və sadəcə sapfir üsulu ilə əməliyyat həyata keçirən mərkəzlər də vardır. Saç əkimi üsulları olaraq, sapfir və DHİ üsulları pasiyentdən asılı olaraq ayrı-ayrılıqda və bəzən isə eyni anda istifadə edilir. Bu üsullar arasındakı əsas fərqlərə nəzər yetirməli olsaq, Sapfir üsulunda köklər çıxarıldıqdan sonra ilk olaraq köklərin qalınlığına və uzunluğuna görə seçilən sapfir materialdan hazırlanan cihazın köməyi ilə kanallar açılır sonra isə köklər bu kanallara yerləşdirilir. DHİ metodunda isə donor bölgədən alınan köklər tibbi qələmlər vasitəsilə saç əkiləcək nahiyəyə ehtiyatla yerləşdirilir. Həmçinin, DHİ üsulu ilə əməliyyat prosesində, saç əkilərkən lokal nahiyədəki saçlar kəsilmədən, DHİ qələmləri vasitəsilə uzun saçların yerləşdiyi nahiyəyə belə saç əkimi mümkündür.

DHİ xüsusilə lokal nahiyələrdə az sayda saç əkiminə ehtiyac duyulduqda və dar nahiyələrdə saç əkiminin tez müddətdə baş tutması üçün daha məqsədəuyğundur. Sapfir isə tökülmənin daha çox bariz olduğu və çox sayda qreftə ehtiyac duyulan nahiyələrdə daha əlverişli bir üsuldur. Sizin üçün uyğun olan üsulu müəyyən etmək üçün həkiminizlə məsləhətləşməyiniz vacibdir.

4. Saç əkimində əks təsir riskləri yoxdur

Saç transplantasiyası kiçik cərrahi əməliyyatlar qrupuna daxildir. Bu səbəbdən də, bütün cərrahi prosedurlar kimi onun da potensial yan təsirləri və ağırlaşma riskləri vardır. Saç əkiminin aparıldığı mərkəzin peşəkar səhiyyə müəssisəsi olub-olmamasından və transplantasiyanı həyata keçirən həkimlərin kifayət qədər təcrübəyə sahib olub-olmamasından asılı olaraq bu risk arta bilər. Ən çox görülən yan təsirlər infeksiya və nekrozdur. İnfeksiya ümumiyyətlə steril olmayan ərazilərdə müşahidə olunan yan təsirdir. Nekroz isə uyğun olmayan üsuldan istifadə nəticəsində dərinin alt hissəsindəki hüceyrə və damarların ciddi şəkildə zərər görməsidir. Məsələn tək bir seansda xeyli sayda qreft əldə etməyə çalışmaq, çox sayda kanal açmaq və dərinin çox dərinlərinə enilməsi nekroza yol aça bilər.

5. Təraş etmədən saç əkdirmək hər kəs üçün uyğundur.

Təraşsız saç əkimi hər kəsin arzuladığı üsuldur, xüsusən də sosial həyata daha tez qayıtmaq üçün böyük üstünlük təşkil edir. Lakin, təəssüf ki təraşsız transplantasiya hər pasiyent üçün uyğun deyildir. Təraşsız saç əkiminin ən böyük mənfi tərəfi bir seansda yalnız məhdud sayda saç kökü transplantasiyasının həyata keçirilə bilməsidir. Saç əkiləcək nahiyədə böyük boşluqlar olduğu halda təraşsız transplantasiya zamanı prosedur bir seansla kifayətlənməyə bilər.

6. İstənilən həkim saç əkimi prosedurunu həyata keçirə bilər

Saç əkimi ilə bağlı bir çox sağlamlıq mərkəzlərində ən böyük problem əməliyyatı həyata keçirən şəxslərin həkim bir yana, tibb işçisi belə olmamasıdır. Mühüm problemlərdən biri də budur ki, bir çox sağlamlıq mərkəzlərində ilkin müsahibələr həkimlə birlikdə aparılır, lakin prosedur həkim tərəfindən həyata keçirilmir. Ümumiyyətlə, pasiyentlər prosedura gələndə həkimə müraciət etmirlər. Saç əkimi prosesini pasiyentin heç tanımadığı texniklər həyata keçirir. Bu vəziyyət pasiyentlər və həkimlər arasında inamsızlıq yaradır. Pasiyentlər cərrahiyə əməliyyatına baş vurarkən hansı texnikadan istifadə ediləcəyini və proseduru kimin həyata keçirəcəyini bilməlidirlər. Ona görə də prosedurun başdan sona həkim nəzarəti altında aparılması çox vacibdir.

7. “FUE” üsulu da DHİ və Sapfir kimi saç əkdirmə üsuludur.

Saç əkimində ən çox çaşqınlıq yaradan məsələlərdən biri də FUE metodunun transplantasiya üsulu olaraq düşünülməsidir. Əslində isə FUE üsulu saç kökünün əldə edilməsi üsuludur. Yəni FUE üsulu ilə saç kökü çıxarılır, Sapfir və DHİ üsulları ilə əkilir.



Dr. Araz Əmirov Beynəlxalaq Dermatoloqlar Assosiasiyasının Üzvü

 
 

ƏLAQƏ

İsmayıl bəy Qutqaşınlı 85A, AZ1073, Bakı, Azərbaycan

Nikulinskaya 27, Moskva, Rusiya


Tel:  

+994 55 339 9011 | Bakı
+7 925 1 777 999 | Moskva

İŞ SAATLARI

Bazar E. - Şənbə: 9:00 – 18:00
Bazar: İstirahət günü

MÜAYİNƏ GÜNLƏRİ

2, 4, 6-cı günlər : 16:00 – 18:00

YENİLİKLƏRDƏN XƏBƏRDAR OL

Abunə olduğunuz üçün təşəkkür edirik!

  • Kapillus Medikal FB
  • Instagram
  • Kapillus Medikal Youtube

© 2024 Kapillus Medikal

bottom of page