Saç əkimi ilə bağlı ən çox verilən suallara Dr. Araz Əmirov cavab verir…
- RQ Raul Emre
- Mar 22, 2024
- 2 min read
Updated: May 8, 2024
Saç əkimi son illərdə maraq cəlb edən və populyar olan əməliyyatlar sırasında yer alır. Hər il yerli və xarici olmqla, yüzlərlə insan saç əkimi üçün klinikamıza baş çəkir. Pasiyentlər tərəfindən soruşulan sualların əksəriyyəti isə bir-biri ilə oxşardır. Bu sualları sizin üçün cavablandırmağa çalışdım. Cavablandırılan suallardan əlavə maraqlandığınız digər mövzular haqqında məlumatı isə bloqumuzdan və “Youtube” kanalımızdan əldə edə bilərsiniz.
Saç əkimi əməliyyatı nə qədər vaxt alır?
Saç tökülməsi ilə əlaqəli ən çox soruşulan suallardan biri əməliyyatın nə qədər vaxt alacağı ilə bağlıdır. Saç əkimi əməliyyatına sərf olunan vaxt, əkim üçün lazım olan kök sayından və tətbiq edilən texnikadan asılı olaraq dəyişiklik göstərə bilər. Orta hesabla bir saç əkimi əməliyyatına sərf olunan vaxt 6-8 saat arasında dəyişir.
Saç əkimi əməliyyatında istifadə olunan saç kökləri necə əldə olunur?
Saç əkiləcək nahiyəyə yerləşdirilən saç kökləri pasiyentin özünə aid olan saç kökləridir. İstifadə olunan köklər əsasən pasiyentin ənsə nahiyəsindən götürülür. Saç köklərinin əldə olunduğu nahiyəyə isə, donor bölgə deyilir.
Saç əkimi əməliyyatı üçün nə qədər saç kökü lazımdır?
Saç əkimi əməliyyatı üçün lazım olan saç kökü sayı dəqiq deyildir. Hər saç əkimi əməliyyatı pasiyentə görə fərdiləşdirilir. Bu səbəblə də, lazım olacaq kök sayı pasiyentin müayinə nəticəsinə uyğun olaraq dəyişə bilər.
Saç əkimi üçün hansı fəsil uyğundur?
Saç əkimi əməliyyatı hər fəsildə həyata keçirilə bilər. Lakin, xüsusilə yay aylarında həyata keçirilən əməliyyatdan sonra müalicə müddətində saç əkilmiş nahiyəni birbaşa günəş işığından, payız və qış aylarında isə yağışdan qorumaq vacibdir.
Saç əkimi əməliyyatından sonra saç tökülməsi baş verirmi?
Saç əkimi əməliyyatından sonra şok tökülməsi deyilən bir proses baş verir. Əməliyyatdan sonra 2-4 həftə ərzində baş verən şok tökülməsi zamanı əkilən saç köklərinin üzərində olan saç telləri köklərin yerdəyişməsi səbəbilə tökülür. Bu prosesdən 3-4 ay sonra isə qalıcı, yəni tökülməyən saçlar çıxmağa başlayır.
Saç əkimində donor şəxs başqa biri ola bilərmi?
Saç əkimində pasiyentin öz saç köklərindən istifadə mütləqdir. Başqa birinə aid saç köklərinin istifadə olunması yolverilməzdir.
Saç əkimi əməliyyatı neçəyədir?
Saç əkimi əməliyyatının qiyməti, saç əkimi üsuluna görə dəyişir. Lakin, daha dəqiq qiymət müəyyənləşdirilməsi müayinə sonrasında mümkündür.
Saç əkimi üçün nə nə vaxt müraciət olunmalıdır?
Pasiyentin saç əkiminə baş vurmaq üçün hazır olub-olmadığı, saçların tökülmə səviyyəsi, pasiyentin ümumi sağlamlığı və psixologiyası nəzərə alınmaqla müəyyənləşdirilir.
Saç əkimi əməliyyatı ağrılıdırmı?
Saç əkimi əməliyyatı yerli keyitmə üsulu ilə həyata keçirilməsi səbəbilə tamamən ağrısız əməliyyatdır. Keyitmənin təsiri ilə pasiyentlər saç follikullarının çıxarılması və əkilməsi zamanı ağrı hiss etmir.
Saç əkimindən sonra keyimənin təsiri nə vaxt itir?
Saç əkimi prosedurundan sonra pasiyentin baş dərisində keyimə meydana gələ bilər. Lakin bu keyimə qısa zamanda dayanır. Əks halda, mütləq şəkildə həkiminizə müraciət etməlisiniz.
Saç əkimindən sonra əməliyyat ağrısı nə qədər davam edir?
Əməliyyatdan sonra ağrı xroniki hala (təxminən 3 aydan çox davam edən ağrı) keçməyibsə, 3-4 həftə ərzində tamamilə itir.
Dr. Araz Əmirov Beynəlxalaq Dermatoloqlar Assosiasiyasının Üzvü