top of page

Limitsiz saç əkimi. Reallıq, yoxsa mif?

Updated: Feb 25, 2024

Mənə tez-tez ünvanlanan suallardan biri də budur ki, limitsiz saç əkimi sizdə neçəyədir? Bu sual kifayət qədər çox verildiyindən bu yazımda ətraflı cavablandırmağa çalışacam. Birmənalı olaraq qeyd etməliyəm ki, limitsiz saç əkimi olmur, hətta mümkün də deyil. Limitsiz dedikə biz nə başa düşməliyik? Hər kəsin, hər bir fərdin müəyyən saç tökülmə sahəsi, həmçinin, bəlli bir donor sahəsi vardır ki, bu başın arxa hissəsi, ənsə nahiyəsidir. Əgər pasiyentin saç tökülmə sahəsi böyükdürsə və bu sahəni qapatmaq üçün 5000 - 6000 sayda saç follikuluna, qreftə (saça) ehtiyac varsa, biz donor bölgəsindən sadəcə 3000 qreft çıxarda bilirik. Belə olan halda bu dəfə məndə sual yaranır. Burada limitsiz saç əkimindən söhbət gedə bilərmi? Limitsiz saç əkimi o deməkdir ki, pasiyentin saç tökülmə bölgəsinə istənilən sayda saç əkimi həyata keçirilsin. Bu isə elmi olaraq və yuxarıda izah etdiklərim çərçivəsində mümkünsüzdür. Yəni hər kəsdə donor bölgəsindən çıxarılacaq saç, qreft sayı məhduddur. O zaman daha bir sual yaranır. Nə üçün “limitsiz saç əkimi” məfhumu yaranıb? Cavabı sadədir. Bu məhfum bir marketinq, reklam məhsuludur. Saç əkimi ilə məşğul olan klinikalar tərəfindən daha çox pasiyentin cəlb edilməsi üçün yaradılmış reklam elementidir və bir daha qeyd etməliyəm ki, limitsiz saç əkimi mifdir, əsassızdır və reallaşdırılması mümkün deyil. Əziz oxuyucu, hər kəsin ənsə bölgəsindən çıxarılması mümkün olan bəlli sayda saçı (qreft) var. Biz əməliyyat zamanı pasiyentin donor bölgəsindən mümkün olan maksimum sayta qreftin çıxarılmısını həyata keçirir və saç əkilmə bölgəsinə köçürdürük. Pasiyentlərdən asılı olaraq, bu bəzən 1 seansa, bəzən də 2 seansa icra olunur. Əgər müşahidə etsək ki, pasiyentin donor bölgəsi zəifdir, həmçinin, saç tökülmə sahəsi böyükdür, yəni, 2 seansa saç tökülmə bölgəsini qapatmaq mümkün deyil, o zaman, pasiyentə saç əkimi əməliyyatını tövsiyə etmirik. Çünki həm çıxarılan qreftlər saç tökülmə sahəsini qapatmayacaq, həm də donor bölgəsindən götürülən saçlar həmin bölgənin seyrəkləşməsinə gətirib çıxaracaqdır. Nə üçün seyrəkləşmə? Unutmayın ki, donor bölgəsindən çıxarılan saçlar bərpa olunmur. Məhz bunun üçün saç əkimi əməliyyatlarında qreftləri xüsusi metodologiya ilə, ziq-zaq formasında çıxardırıq ki, ənsə nahiyəsi görüntüsünü itirməsin.


Dr. Araz Əmirov Beynəlxalaq Dermatoloqlar Assosiasiyasının Üzvü


 
 

ƏLAQƏ

İsmayıl bəy Qutqaşınlı 85A, AZ1073, Bakı, Azərbaycan

Nikulinskaya 27, Moskva, Rusiya


Tel:  

+994 55 339 9011 | Bakı
+7 925 1 777 999 | Moskva

İŞ SAATLARI

Bazar E. - Şənbə: 9:00 – 18:00
Bazar: İstirahət günü

MÜAYİNƏ GÜNLƏRİ

2, 4, 6-cı günlər : 16:00 – 18:00

YENİLİKLƏRDƏN XƏBƏRDAR OL

Abunə olduğunuz üçün təşəkkür edirik!

  • Kapillus Medikal FB
  • Instagram
  • Kapillus Medikal Youtube

© 2024 Kapillus Medikal

bottom of page