Qaş əkimində AF/KS metodu
- RQ Raul Emre
- Dec 11, 2023
- 1 min read
Updated: Feb 25, 2024
Hörmətli oxuyucularım, bu yazımda sizə qaş əkimi`, qaş əkimində AF/KS metodu haqqında məlumat verəcəm. Belə ki, kişilərdə saç tökülməsi geniş yayıldığı kimi, qadınlar arasında da qaş tökülməsi geniş vüsət almış problemlərdən biridir. Bu problemlə bağlı klinikamıza müraciətlərin sayı da kifayət qədər çox olur.
Saç əkimi sahəsində uzunmüddətli təcrübəmizə baxmayaraq, biz klinikamızda qaş əkimi əməliyyatlarını icra etmirdik, çünki saç əkimi üsulu ilə icra olunan qaş əkimi əməliyyatları sonrası nəticələr təbii alınmırdı və bu da bizi narahat edirdi. Əməliyyat zamanı köklər saçdan götürüldüyü üçün sürətlə uzanır və təbii istiqamətin təmin edilməsi mümkün olmurdu. Həmçinin, əkmə qaşlar təbii qaşlardan çox seçildiyi üçün biz qaş əkimi əməliyyatlarını icra etmirdik.
Lakin bu gün üçün yuxarıda qeyd etdiyim problemlər artıq öz həllini tapmışdır. Belə ki, beynəlxalq arenada uğurla sınaqdan keçirilmiş müasir qaş əkimi üsullarından biri olan AF/KS metodu ilə təbii qaş əkimlərinin icrası artıq reallığa çevrilmişdir. Hazırda klinikamızda da qaş əkimi əməliyyatları modern tibbin ən müasir üsullarından olan AF/KS metodu ilə həyata keçirilməkdədir.
AF/KS üsulu ilə icra edilən qaş əkimi əməliyyatı yerli keyitmə ilə 2-4 saat ərzində ağrısız icra edilir. Əməliyyatdan dərhal sonra pasiyent normal həyatına qayıda bilir. Saç əkimi əməliyyatından fərqli olaraq qaş əkimi əməliyyatı sonrası əməliyyat bölgəsində qabıqlar, yaralar yaranmır. Həmçinin, daha maraqlısı odur ki, pasiyentlər əməlliyyat sonrasında güzgüdə öz təbii qaşlarını artıq müşahidə edə bilirlər.
Sonda qeyd etmək istərdim ki, AF/KS üsulu ilə icra etdiyimiz qaş əkimi əməliyyatlarında tamamilə təbii görüntülər əldə edilir, əkilən qaşların istiqaməti pasiyentin öz qaşlarının təbii istiqaməti üzrə boy göstərirlər. Bundan əlavə, bilməlisiniz ki, qaş əkimi əməliyyatı sonrası reabilitasiya müddəti də çox azdır və əkilən qaşlar qalıcıdır, ömürlükdür.
Dr. Araz Əmirov Beynəlxalaq Dermatoloqlar Assosiasiyasının Üzvü